“Ekip” dünyanın ən çox maaş alan məşqçilərinin siyahısını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, Fransa qəzetinin tərtib etdiyi siyahıya Dieqo Simeone başçılıq edir.
“Atletiko”nun 52 yaşlı çalışdırıcısı ildə 34 milyon avro qazanır. 2-ci yerdə ildə 22,4 milyon avro məvaciblə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardioladı. İlk “3-lüy”ü illik maaşı 17,8 milyon avro olan “Liverpul”un çalışdırıçısı Yürgen Klopp tamamlayır. 4-10-cu yerləri tutan məşqçilərin siyahısını da nəzərinizə çatdırırıq: Qrehem Potter (“Çelsi”, 13,5 milyon), Massimiliano Alleqri (“Yuventus”, 12,8 milyon), Tomas Tuxel (“Bavariya”, 12 milyon), Karlo Ançelotti (“Real”, 11 milyon), Simone İnzaqi (“İnter”, 10 milyon), Joze Mourinyo (“Roma”, 9,2 milyon), Xabi Alonso (“Bayer-04”, 5 milyon).