• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kyeza yeni ampluasından razıdı

Dünya futbolu

2-10-2023, 21:0

2022/23 mövsümü Federiko Kyeza üçün çox çətin keçmişdi. Ağır zədə üzündən A seriyasında “Yuventus”a yalnız 21 oyunda kömək edən hücumameyilli yarımmüdafiəçi 2 qol vurmuşdu.

"Football-plus.az" xəbər verir ki, indi vəziyyət tam dəyişib. Bu mövsüm İtaliya çempionatının ilk 6 turunda qapılara 4 dəfə yol tapıb. Məhsuldarlığının artmasına baş məşqçi Massimiliano Alleqrinin onu hücumçu kimi oynatmasının təsiri daha çoxdu. 25 yaşlı Federiko hazırda serb hücumçu Duşan Vlahoviçlə birlikdə komandanın ən yaxşı bombardiridi. Kyeza A seriyasının “Leççe” ilə oyunundan (1:0) sonra jurnalistlərin suallarını cavablayıb.

- İlk hissədə az qala bütün oyunçularınız “Sassuolo”ya uduzduğunuz matçın təsiri altında idi...
- Hə, hardasa belə demək olar. Komanda əvvəlki oyunun (“Yuventus” şənbə günü 2:4 hesabıyla məğlub olub – red.) mənfi təsirindən tam qurtula bilməmişdi. Axı həmin matç üç gün əvvəl keçirilmişdi. Əslində “Sassuolo”ya məğlubiyyəti yaxşıca təhlil etmişdik. “Leççe” ilə oyunu ümumilikdə çox yaxşı keçirdik. Biz məşqçinin tələb etdiyi kimi oyunboyu fəal olmaq, güclü pressinq etmək, müasir futbol oynamaq istəyirik. Leççelilərlə matç fərdi səhvlərin çox sayda olduğu və nəticədə qalib çıxdığımız sınaq idi. Komanda güclü oyun sərgiləməklə 3 xal qazandı. Bu, bizə lazım olan nəticə idi.

- Bu yay komandanı bir sıra vacib oyunçular tərk edəndən sonra çiyinlərinizə düşən məsuliyyət yükü artıb?
- “Yuventus”da çıxış edirsizsə, bu yük onsuz da həmişə ağır olur. Bu klub böyük tarixə malikdi. Bu tarixə skudettolar, Çempionlar kubokları və komandanın qazandığı çox sayda digər kuboklar daxildi. Bu səbəbdən “Yuve”də olan bütün futbolçular üzərində böyük məsuliyyət yükü hiss edirlər. Paltardəyişmə otağımızda, məsələn, Adrien Rabyo kimi təcrübəli oyunçularla yanaşı, Nikolo Facoli ilə Fabio Miretti kimi özünü ən yaxşı tərəfdən göstərməyə çalışan gənclər var. İstənilən halda mövsümə böyük istəklə başlayan və daim inkişaf etmək istəyən komandayıq. A seriyasında ən yaxşı 4 komanda sırasına düşmək istəyirik. Çünki bu hədəfə çatmaq bizə növbəti mövsümdə Çempiolar Liqasında çıxış etmək hüququ verəcək.

- Söhbət müasir futboldan düşdüsə, belə oyunu oynamaq üçün hansı keyfiyyətlərə malik olmaq tələb olunur?
- Mövsümün ilk matçlarında müasir futbolun yalnız gözləmə mövqeyi tutmaq yox, pressinq etmək olduğunu göstərmişik. “Leççe” ilə oyunda, xüsusilə ilk hissədə ayaqlarımız üzərində möhkəm dayana bilmədiyimizi də etiraf etməliyəm. “Sassuolo”ya uduzduğunuz matçda isə sözün həqiqi mənasında dağıldıq. Rəqib hesabda 2:1 önə keçəndən sonra balanslaşdırılmış oyunumuzdan əsər-əlamət qalmadı və oyuna nəzarəti tam itirdik. Həmişə pressinq etmək və daim fəal olmaq asan məsələ deyil. Amma biz bu yolla irəliləyirik. Ona görə ki, müasir futbolun tendensiyası belədi və məşqçi bizdən məhz bu oyunu sərgiləməyi istəyir. Daim oyunda olmalı, mövcud vəziyyəti anlamalı, balanslaşdırılmış oyun sərgiləməli və “Sassuolo” ilə matçda yol verdiyimiz səhvlərdən uzaq olmalıyıq. Belə də ola bilər ki, oyunun gedişində işlərimiz istədiyimiz kimi getməsin, amma hər necə olsa, sonda 3 xalı məhz biz qazanmalıyıq. Əvvəl-axır nəticə əhəmiyyəti olan yeganə amildi.

- Komandadakı yeni rolun haqda nə deyə bilərsən? Miliklə oyunun Vlahoviçlə duetindən nə ilə fərqlənir?
- İndi oyunumda əhəmiyyətli dərəcədə yaxşılaşma hiss olunur. Ona görə ki, cinahda oynayarkən sənə daha yaxın olan futbolçu ilə birgə hərəkət edirsən. Mərkəzdə oynayanda isə ətrafında daha çox oyunçu olduğunu görürsən. Bu, mənim inkişafımın bir hissəsidi, məşqçimizin istəyidi. Alleqri rəqib qapısına daha yaxın olmağımı istəyir. Artıq ampluamdakı dəyişikliyin əvəzini məhsuldar çıxışımla verdiyimi düşünürəm. Yeri gəlmişkən, Duşanla birgə “Fiorentina”da da oynamışıq. Onda da meydanda yaxşı əlaqəyə malik idik. Necə ki, Milik, Ken və hətta daim inkişafda olan Kənan Yıldızla da yaxşı anlaşırıq. Miliklə Ken artıq püxtələşmiş oyunçulardı və onlar bu mövsüm komandaya çox fayda verə bilərlər.

- Aranızdakı söhbətlərdə Vlahoviçə nə deyirsən?
- Duşanla xüsusi münasibətlərim var. Ona görə ki, onu Florensiyada birgə oynadığımız vaxtdan tanıyıram. O, əvvəlcə əvəzedici heyətdə çıxış edirdi. Sonra əsas komandaya cəlb olunmuşdu. Mən “Yuve”yə keçdim, o isə “Fiorentina”da inkişafını davam etdirdi. Və indi mənimlə yenə eyni komandadadı. Biz artıq bir neçə ildi dostluq edirik. Aramızdakı söhbətlərdə Vlahoviçə nə dediyimi açıqlaya bilmərəm. Çünki belə söhbətlər sirr kimi qalmalıdı.

- Bəlkə bu sualı mövsüm sonunda verək?
- Yox, lazım deyil (gülür – red.). Bu, öz məsələmizdi. Bir-birimizə nə dediyimizi çox yaxşı xatırlayıram, amma bunu açıqlaya bilmərəm.

- Alleqri sənin zərbə mövqeyinə çıxarkən əsəbiləşməyə başladığını deyir. Yıldız da belə vəziyyətə düşür...
- Hə, hərdən əsəbilik olur... Amma çox da əsəbiləşmirəm. “Leççe” ilə matçda meydanın küncünə doğru hərəkət etmək istəyrdim, amma planım baş tutmadı. Bəlkə də bir qədər əvvəl sağ ayağmla qapıya zərbə endirməliydim, əvəzində rəqibin olduğu zonaya doğru hərəkət etdim. Özümə əsəbiləşdim. Ona görə ki, daha düzgün qərar verə bilərdim. Axı qapı düz qarşımda idi. Gərək həftəboyu məşqdə Duşan, Arkadiuş və Moyze ilə birlikdə bu komponent üzərində işləyim. Məşqdən sonra da meydanda qalır və zərbələr üzərində çalşırıq. Bunun oyun zamanı faydası olur.

- Atanın yaxşı zərbələri olub...
- Aha, amma o (Federikonun indi 52 yaşında olan atası Enriko sırf hücumçu olub və İtaliya yığmasında 1996-2001-ci illərdə 17 oyuna 7 qol vurub – red.) sirrini mənə açmır...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-08-2022, 20:0

Kyeza ÇL-də oynamayacaq?

Dünya futbolu

11-06-2023, 20:0

“Yuventus”dan ayrılmaq qərarına gəldi

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə