Federiko Kyeza Çempionlar Liqasının qrup mərhələsində oynaya bilməyəcək.
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri onun adını bu mərhələ üçün komandanın iştirak ərizəsinə daxil etməyi lazım bilməyib. Ötən mövsümün gedişində ağır zədə alan və əməliyyat olunan hücumçu hələ də komanda ilə məşqlərə başlamayıb. Alleqri Federikonun yalnız gələn ilin yanvarında optimal formaya düşə biləcəyini deyib.