"Mançester Yunayted" baş məşqçisi Erik Ten Haqı postunda saxlamaq niyyətindədi.
"Football-plus.az" xəbər verir ki, "qırmızı şeytanlar" 53 yaşlı mütəxəssisə yeni müqavilə təklif etməyə hazırlaşır. Klubun icraçı direktoru Riçard Arnold və idman direktoru Con Merto komandanın mövsümə uğursuz start verməsinə baxmayaraq, Ten Haqa tam dəstək verir.
Qeyd edək ki, Erik ten Haqın hazırkı müqavilə müddəti 2025-ci ilin yayına qədərdi.