“Çelsi” rəhbərliyi Sesar Aspilikueta ilə müqaviləni vaxtından əvvəl ləğv etməyə razılaşıb.
“Football-plus.az” xəbər verir ki, jurnalist Fabritsio Romanonun yaydığı məlumata görə, yaxın günlərdə “İnter”in ispan müdafiəçinin transferi ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir.
O, bu klub ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Aspilikueta “Çelsi”də 2012-ci ildən çıxış edirdi. 33 yaşlı futbolçu son mövsümdə London klubunun heyətində 32 oyun keçirib.
Onun müqaviləsinin müddəti 2024-cü ilin yayında sona çatacaqdı.