Bir neçə ay əvvəl Sesar Aspilikuetanın “Barselona” ilə anlaşdığı məlum olmuşdu.
Artıq onun növbəti klubu ilə razılaşdırılan müqaviləsinin şərtlərinə də aydınlıq gəlib. “As” qəzeti 32 yaşlı müdafiəçinin 2012-ci ildən formasını daşıdığı “Çelsi”ni azad agent kimi tərk edəcəyini və “Barselona” ilə müddəti sonradan uzadılmaq şərti ilə 2 illik müqavilə imzalayacağını xəbər verib. Məlumatda Sesarın yeni klubunda ilə imza bonusu da daxil olmaqla 13 milyon avro məvacib alacağı da qeyd edilib.
Aspilikueta “Barselona”da nə qədər maaş alacaq?
Dünya futbolu

