Madridi tərk edəcək

3.06.2026 20:10 62
Dünya futbolu
David Alaba ilə bağlı bir neçə ay əvvəl yayılan xəbər doğru çıxıb.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu mövsümün sonunda “Real”dan ayrılacaq. Bu haqda İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. “Real” göstərdiyi xidmətlərə görə 33 yaşlı müdafiəçiyə təşəkkür edib və ona uğurlar arzulayıb.

Avstriyalı futbolçu 2021-ci ilin yayından Madrid klubunda oynayır. O, ötən müddət ərzində bütün turnirlərdə 131 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Avstriyalı müdafiəçi “Real”la 2 dəfə İspaniya La Liqasının, 2 dəfə Çempionlar Liqasının, 1 dəfə UEFA Superkubokunun, 2 dəfə İspaniya Superkubokunun və 1 dəfə İspaniya kubokunun qalibi olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul