Aspilikueta vətəninə qayıdası olmadı

7.08.2022 22:10 307
Dünya futbolu
Sesar Aspilikueta ilə bağlı şayiələrə son qoyulub.

“Çelsi” rəhbərliyi ispaniyalı futbolçu ilə müqaviləni yeniləyib. Klubun rəsmi saytının xəbərinə görə, təcrübəli müdafiəçinin yeni sözləşmsinin müddəti 2024-cü ilin yayına qədərdi. Qeyd edək ki, 2012-ci ildən London klubunda çıxış edən Sesarın “Barselona”ya keçəcəyi haqda xəbərlər yayılmışdı.