İspaniya klubunda istefa

3.06.2026 19:09 35
Dünya futbolu
“Elçe” rəhbərliyi baş məşqçi Eder Sarabiya ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi.

Sarabiya “Elçe”ni 2024-cü ilin yayından çalışdırırdı. Komanda onun rəhbərliyi altında La Liqanın yenicə sona çatan mövsümünü 43 xalla 15-ci yerdə başa vurub.