Zlatan İbrahimoviç peşəkar karyerasını bərpa edə biləcəyini deyib.
“Football-plus.az” xəbər verir ki, 41 yaşlı isveçli İtaliya çempionatının 38-ci turunun “Verona” ilə oyunundan (3:1) sonra futbolçu karyerasını başa vurduğunu bəyan etmişdi. “Milan”ın sabiq hücumçusunun son açıqlaması belə olub:
“Fəxr edirəm ki, futbolsevərlər məni fərqli rolda olsa belə, yenidən “Milan”da görmək istəyirlər. “Milan” ürəyimdə qalıb. Bu klubda keçirdiyimiz günlər həmişə mənimlədi.
Azarkeşlərin bu həvəsi mənə güc verir. Tələsmirəm. Görək, bundan sonra nə olacaq. Mövsümün son oyunundan cəmi üç həftə keçib. Ola bilsin ki, yenidən meydanda olacağam. Bəlkə bir aydan sonra “Milan”ın düşərgəsinə qayıdacağam”.