Hakan Çalhanoğlu “İnter”in şərəfini daha bir neçə il qoruyacaq. O, yeni müqavilə mövzusunda klubla razılığa gəlib.
"Football-plus.az" xəbər verir ki, bu məlumatı tanınmış jurnalist Fabritsio Romano yayıb.
Onun bildirdiyinə görə, türkiyəli yarımmüdafiəçinin yeni müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər razılaşdırılıb. İtaliya klubunun bu haqda tezliklə rəsmi məlumat verməsi gözlənilir.
Hakan “İnter”də 2021-ci ildən çıxış edir. “Milan”ın 29 yaşlı sabiq futbolçusunun mövcud anlaşmasının müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Çalhanoğlunun bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 45 oyunda 4 qolun və 8 məhsuldar ötürmənin müəllifi olduğunu da xatırladaq.