Zlatan İbrahimoviç cari mövsümün sonunda futbolla vidalaşmaq niyyətindədi.
Bu barədə yerli mətbuat xəbər yayıb. İddiaya görə, İbrahimoviç "Milan"la İtaliya çempionatını və ya ölkə kubokunun qalibi olacağı təqdirdə bu addımı atacaq.
Qeyd edək ki, hazırda 67 xalla turnir cədvəlində lider olan "Milan"ın İtaliya Kubokunun yarımfinal mərhələsindəki rəqibi "İnter" klubudu.