May ayının sonlarından xəstəxanada müalicə olunan Serxio Riko ilə bağlı sevindirici xəbər yayılıb.
“Football-plus.az” xəbər verir ki, PSJ-nin qapıçısı mayın 28-də atdan yıxılaraq ciddi xəsarət almışdı. Futbolçuya beyin qanaması diaqnozu qoyulmuşdu.
Bugünlərdə komadan ayılan Serxio danışmağa başlayıb.
“Ekip” qəzetinin yaydığı xəbərə görə, bu barədə ispan futbolçunun həyat yoldaşı Alba Silva məlumat verib. O, “Serxio artıq danışır. O, hamımızı tanıyır və adımızla çağırır” - deyə açıqlama verib.
Alba Silva ərinin tezliklə reanimasiyadan adi palataya köçürüləcəyinə ümid edir.