Ötən ilin martında yardılan Futbolun İnkişaf Fondunun (FİF) əsas məqsədi iş adamlarını, şirkətləri, biznes qurumlarını futbola cəlb etmək, bu sahəyə yatırım etməyə inandırmaqdı.
FİF-in sayəsində artıq bir klub sponsoruna qovuşub. Söhbət elita təmsilçisi “Turan Tovuz”dan gedir. Üfüqdə “Kəpəz” və “Şamaxı” var. Söylənilənlərə inansaq. yaxın vaxtlarda adını qeyd etdiyimiz klublar da yeni himayədarla müqavilə bağlayacaq.
“Football-plus.az”ın əldə etdiymiz məlumata görə fond artıq divizion klubları üçün də hərəkətə keçib. Mənbəmizin sözlərinə inansaq, FİF bu ay Mingəcevirin iş adamları ilə görüşməyi planlaşdırır. Böyük ehtimalla, toplantı mayın ikinci yarısında təşkil olunacaq. Artıq görüşlə bağlı şəhərin bisnesmenlərinə, Mingəçevirdə fəalliyyət göstərən şirkətlərə məlumat verilib.
RƏŞAD