• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

20-25 milyon avronu “Neftçi”yə verin! - REPLİKA

Manşet / Yazarlar

1-05-2023, 14:0

Türkiyə mətbuatı növbəti dəfə maraqlı iddia ilə çıxış edib. “Sözcü” qəzetinin məlumatına inansaq, SOCAR "Qalatasaray"ın sponsoru olacaq.

Xəbərdə bildirilir ki, Türkiyə nəhənginin ev oyunlarını keçirdiyi "Türk Telekom Arena", yaxud Əli Sami Yen İdman Kompleksi dövlət neft şirkətinin adını daşıyacaq. "Sarı-qırmızılar"ın formasının ön hissəsində isə SOCAR-ın da adı yazılacaq. Bundan başqa, şirkətin bir ulduz futbolçunun transfer xərclərini üzərinə götürdüyü qeyd olunub. Tərəflər arasında 4 illik müqavilənin bağlanacağı gözlənilir. Razılaşma baş tutsa, "Qalatasaray" illik 20-25 milyon avro gəlir əldə edəcək. Maraq üçün bildirək ki, bir neçə ay əvvəl Türkiyə mətbuatı SOCAR-ın Türkiyənin digər nəhəngi "Fənərbaxça"nın da sponsoru olacağı barədə xəbərlər dərc etmişdi.

Şirkət dünən xəbərə dərhal münasibət bildirib və bunun həqiqətə uyğun olmadığını bəyan edib:

“Son günlər bəzi xəbər saytlarında yer alan SOCAR-ın Türkiyənin futbol klublarına sponsorluq məsələsi həqiqətə uyğun deyil. Türkiyəyə sponsorluq strategiyamız daxilində hansısa futbol klubuna sponsor olmaqla bağlı planımız yoxdu”.


Bilirik ki, Azərbaycanda futbol sektoruna adı çəkilən şirkət nəzarət edir. Bu sahəyə ümumilikdə 40-45 milyon manata yaxın maliyyə ayırır. Amma hələ də futbolumuzda çox böyük problemlər var. “Sözcü”nün iddiasına inansaq, 4 il ərzində “Qalatasaray”a 20-25 milyon avro pul xərclənməsi nəzərdə tutulub. İndiki məqamda Azərbaycanın müxtəlif şəhərlər və rayonlarında stadion problemləri var. Ölkənin futbol təsərrüfatına nəzarət edən qurum belə problemin olduğu vaxtda nə üçün Türkiyə klubuna maliyyə ayırsın? Axı bunun bizə heç bir faydası yoxdu.

Tutaq ki, azərbaycanlı futbolçular “Qalatasaray”ın akademiyasında təcrübə toplayacaq. Belə layihələr dəfələrlə olub və çoxu nəticəsiz qalıb. Bunun üçün illik 20-25 milyon avro xərcləməyə ehtiyac yoxdu. Elə qurum həmin məbləğə ölkədə 5-10 min tutumluq 3-4 stadion tikdirə bilər. Bu, 4 il ərzində ortalama 14 arenanın araya-ərsəyə gəlməsi deməkdi. Azərbaycan futbolunun ən yaralı yeri də elə məhz stadiondu. Gəncə kimi şəhərin arenası bərbad gündədi. AFFA və PFL normal stadion tapa bilmir ki, premyer-liqaya, 1-ci diviziona komanda buraxsın.

Qoyaq stadion məsələsini kənara. Bu məbləğə 10 illik dövlət layihəsi tərtib etmək olar. Elə uşaq futbolu ilə bağlı. Ölkənin hər yerində futbol akademiyaları, məktəbləri, liseyləri yaratmaq olar ki, bu da 10 il ərzində effekt verə bilər. Yaxşı, bunu da etməyin. Elə 20-25 milyon avronu şirkətin sponsorluq etdiyi “Neftçi”yə xərcləsələr, daha möhtəşəm olar. Uzun illərdi flaqman problemlərdən qurtula bilmir. Klubun bazası tam təmir olunmayıb, əsas komanda avrokuboklarda uğura həsrətdi. “Qalatasaray”a sponsorluq edincə, “Neftçi”nin büdcəsini artırın ki, hər il Avropada nəticə qazanan klub kimi formalaşsın.

Yəni ölkədə futbolun inkişafı və ya sosial layihələr üçün ayrılan vəsaiti başqa yerə xərcləməyə ehtiyac yoxdu. Elə özümüz üçün nəsə edilsə, daha yaxşı olmazmı?

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-04-2023, 17:0

Neft şirkəti “Beşiktaş”a sponsorluq etmək istəyir

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 202
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 191
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə