Daha bir klub “Barselona”nı məhkəməyə verib.
"Football-plus.az" xəbər verir ki, buna səbəb Markos Alonsonun İspaniya təmsilçisinə transferidi. “Bolton” futbolçunun keçidi ilə bağlı FİFA-ya şikayət edib. “Union Adarve” kimi ingilis klubu da oyunçunu yetişdiriyi üçün müəyyən ödəniş tələb edir.
Daha əvvəl İspaniyanın dördüncü divizion klubu “Union Adarve” FİFA Mübahisələrin Həlli Palatasına 2022-ci ilin yayında müdafiəçinin “Çelsi”dən kataloniyalılara keçidi ilə bağlı şikayət etmişdi. Madrid klubu “Barselona”nı transfer zamanı pozuntularda günahlandırır.
İSMAYIL XEYRULLAYEV