"Barselona" "Sevilya"nın müdafiəçisini transfer edir

18.05.2022 19:35 476
Dünya futbolu
"Barselona" "Sevilya"nın müdafiəçisi Jul Kundeni transfer etməyə hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, Kataloniya təmsilçisi "Sevilya"dan ayrılmaq istəyən fransızı yayda heyətinə qatacaq.

Əndəlusiya təmsilçisi ötən il Kunde üçün 90 milyon avro tələb etmişdi. Məhz buna görə də onun "Çelsi"yə keçidi son anda baş tutmamışdı.