İspaniya klubu müqaviləni rəsmiləşdirməyə yalnız 18 saniyə gecikmişdi. “Barselona” rəhbərliyi ali futbol qurumundan güzəşt əldə etməyə çalışsa da, buna nail ola bilməyib. FİFA-dan ESPN-ə belə bildirilib:
“FİFA təsdiq edə bilər ki, oyunçu Xulian Arauxonun “Los Anceles Qalaksi”dən “Barselona”ya transferi qüvvədə olan qaydalara uyğun şəkildə tamamlanmayıb”.
Xatırladaq ki, Arauxo 2019-cu ildən “Los Anceles Qalaksi”nin əsas komandasında çıxış edir. 21 yaşlı futbolçu 2022-ci ildə MLS-də 31 matçda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə verib. Xulian 2021-ci ildən Meksika millisinə çağrılır. Bir neçə gün əvvəl tərəflərin keçid şərtləri ilə bağlı razılığa gəldiyi bildirilmişdi. Futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa kimi hesablanmışdı, lakin sistemdəki problem səbəbindən transfer nəzərdə tutulan zaman kəsiyində reallaşmayıb.




