"Leonel Messi "Barselona" tarixinin ən önəmli oyunçusudu. Təəssüf ki, məcbur aldığım qərarla sıralarımızdan ayrılıb. Bundan məmnun deyiləm".
"Football-plus.az" xəbər verir ki, bu sözləri klubun prezidenti Xuan Laporta jurnalistlərlə söhbətində deyib.
O, Messinin geri dönüşü haqqında suala belə cavab verib:
"Diqqətli danışmağa məcbur olduğumun fərqindəyəm. Çünki, Messi "PSJ" təmsilçisidi. Lakin mütləq vurğulamalıyam ki, o, "Barselona" embleminin bir parçasıdı, bizim qəlbimizdədi. Klubumuzun qapısı "Leo"ya hər zaman açıqdı.
İnanıram ki, onunla barışmağın bir yolunu tapacağıq".
KƏNAN BAHADIR