Xavinin Messi sevgisi

25.07.2022 11:38 496
Dünya futbolu
"Barselona"nın baş məşqçisi Xavi PSJ-nin hücumçusu Lionel Messini komandada görmək istəyir.

Football-plus.az xəbər verir ki, çalışdırıcı klubun prezidenti Xuan Laporta ilə əlaqə saxlayaraq argentinalını transfer etməsini istəyib.

Qeyd edək ki, klub rəhbərliyinin Messi ilə yaxşı münasibəti var. "Barselona" rəsmiləri argentinalı futbolçunun karyerasını Kataloniya təmsilçisində bitirəcəyinə ümid edir.