Laporta Messidən danışdı

29.03.2022 20:18 443
Dünya futbolu
Lionel Messinin “Barselona”ya qayıda biləcəyi haqda xəbərlər dolaşır.

İspaniya klubunun prezidenti Xuan Laporta ötən yay azad agent kimi PSJ-yə keçən argentinalı hücumçunun mümkün dönüşü ilə bağlı ehtimala belə reaksiya verib:

“Lionel dünyanın ən yaxşı futbolçusudu. Amma mən Messi və ya onun agentlərindən “Barselona”ya qayıtmağın mümkünlüyü ilə bağlı heç bir məlumat almamışam. Bu məsələ bizim üçün aktual deyil. Amma mən istərdim ki, Leo yeni “Nou Kamp”ın açılışı zamanı bizimlə olsun. Bu stadion həmişə onun evi olacaq. Messinin bizimlə olmasını istərdim. Amma ötən il klub üçün vacib olanı etdik, özümüzü maliyyə cəhətdən daha pis vəziyyətə sala bilməzdik”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul