Messidən tarixi rekord

24.03.2023 17:58 260
Dünya futbolu
Argentina yığmasının hücumçusu Lionel Messi komandasının Panamaya 2:0 hesabıyla qalib gəldiyi oyunda qol vurub.

“Football-plus.az” xəbər verir ki, bu, ulduz forvardın karyerasındakı 800-cü qol olub.

O, “Barselona”nın heyətində 672, PSJ-nin heyətində 29, milli komandanın heyətində isə 99 dəfə fərqlənib. Messi futbol tarixinə 800 qol həddinə çatan 2-ci futbolçu kimi düşüb. 2005-dən bəri Argentina yığmasının formasını geyən Leo onun bombardiri və ötən il Qətərdə keçirilən dünya çempionatının qalibidi.