Bildiyiniz kimi, Kvabena Ovusu "Ferentsvaroş"a keçib.
Football-plus.az xəbər verir ki, qanalı forvard Macarıstan klubunun əla kollektiv olduğunu qeyd edib:
26 yaşlı hücumçu Budapeşt təmsilçisinin əla kollektiv olduğunu bildirib:
"Bu komandaya yenidən Çempionlar Liqasında oynamaq üçün gəldim. O vaxt “Ferentsavoş”la üz-üzə gələndə komanda yoldaşlarıma dedim ki, uşaqlar, bu rəqib bizə çətin anlar yaşadacaq, oyuna hərtərəfli yaxşı hazırlaşmalıyıq. Onlar da Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər. Bu səbəbdən tam gücümüzlə mübarizə aparmalıydıq. Arzu edirəm ki, bütün bacarığımla komandaya yardım göstərim. İstəyimizə nail olmaq üçün birlikdə çalışmalıyıq".