Bu gün minifutbol millimiz Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final matçına çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Çexiya ilə qarşılaşacaq.
Görüş “Tipos Arena”da, Bakı vaxtı ilə saat 23.59-da start götürəcək. Cütün qalibi yarımfinalda Rumıniya - Serbiya duelinin güclüsü ilə görüşəcək.
1/4 finalda həmçinin Macarıstan - Bolqarıstan və Gürcüstan - Ukrayna oyunları baş tutacaq.
Millimiz 1/8 finalda Qazaxıstan yığmasından güclü olub - 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.