"Çempionlar Liqasında oynamaq bizim haqqımızdı" - Mixal Bilek

24.08.2022 09:50 404
Çempionlar Liqası
Çexiyanın "Viktoriya" (Plzen) klubunun baş məşqçisi Mixal Bilek evdə "Qarabağ" 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında fikirlərini bildirib.

"Footbal-plus.az" xəbər verir ki, o, bunları deyib:

"Matçın əvvəlində qol imkanını əldən verdik, sonra isə öz qapımızdan top buraxdıq. Komanda ruhdan düşmədi, bunu çox yüksək qiymətləndirirəm. Bu, böyük uğurdu. İstədiyimizə nail olduq. Plzendə Çempionlar Liqası olacaq, bu böyük uğurdu.

Bu kollektivə başçılıq etdiyim üçün qürur duyuram. Çempionlar Liqasında oynamaq bizim haqqımızdı. Titul qazananda böyük nailiyyət olur. Qrupa düşmək də buna bərabərdi. Bu, ürəyi isidir, əla hisslərdi. Fanatlar möhtəşəm ab-hava yaratmışdılar və onların qarşısında oynamaq xoş idi. Uzun-uzadı bayram etməyə vaxt yoxdu. Şənbə günü bizi daha bir çətin oyun gözləyir. Əvvəl də dediyim kimi, biz yerli çempionata da avrokuboklar kimi ciddi yanaşırıq".