Cümə günü Alfred Sxroyderi istefaya göndərən “Ayaks” baş məşqçi problemini tezliklə həll etməyə çalışır.
Football-plus.az xəbər verir ki, Niderland klubunun bu planda ilk cəhdi uğursuz alınıb.
Amsterdamlılar Zlatko Daliçə təklif irəli sürsələr də, Xorvatiya yığmasının çalışdırıcısından mənfi cavab alıblar.
Xatırladaq ki, 56 yaşlı mütəxəssis milli komandaya 2017-ci ildən başçılıq edir.