"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını premyer-liqada davam etdirə bilər.
Football-plus.az xəbər verir ki, "Arsenal" “Çelsi”yə keçən Mixail Mudrikin transferindəki uğursuzluqdan sonra hücumun sol cinahını gücləndirmək üçün variantlar axtarır. Lakin İtaliya klubunun rəhbərliyi gürcüstanlı yarımmüdafiəçini komandanın liderlərindən biri hesab etdiyi üçün onu buraxmaq istəmir. Neapollular yalnız 100 milyon avrodan yüksək məbləğ müqabilində futbolçu ilə ayrılmağa hazırdı.