“Napoli” onu qorumağa çalışacaq

21.11.2022 13:58 313
Dünya futbolu
“Napoli”dəki debüt mövsümünü əla keçirən Xviça Kvaratsxeliya Avropanın bir çox klublarının hədəfindədi.

"Football-plus.az" xəbər verir ki, buna görə narahatlıq keçirən neapollular onu qorumağa çalışacaq. Rəhbərlik gürcü futbolçuya yeni təklif irəli sürəcək. Yeni müqavilə layihəsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. Kvaratsxeliya təklifi qəbul edəcəyi halda daha çox maaş alacaq. Onun hazırkı illik məvacibi 1,8 milyon avroya bərabərdi.