• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldonun “Əl-Nəsr”ə keçidinin detalları

Dünya futbolu / Manşet

7-01-2023, 23:0

Hələ Qətərdə keçirilən dünya çempionatı zamanı Kriştiano Ronaldonun “Əl-Nəsr”lə anlaşması ilə bağlı yayılan xəbərlər 2022-ci ilin sonunda rəsmi təsdiqini tapdı.

Football-plus.az xəbər verir ki, nə qədər qəribə səslənsə də, Avropada hər şeyə nail olan - müxtəlif liqalarda və Çempionlar Liqasında (ÇL) qələbələr, 5 dəfə “Qızıl top”u, Portuqaliya yığması ilə AÇ-2016-da və Millətlər Liqasında titullar qazanan 37 yaşlı futbolçu möhtəşəm karyerasının qürub çağını Səudiyyə Ərəbistanında keçirəcək! Noyabrda “Mançester Yunayted”lə müqaviləsi pozulduğu üçün azad agent statusu qazanan Ronaldonun “Əl-Nəsr”ə keçidi ilə bağlı diqqəti daha çox cəlb edən məqamlara nəzər salaq.

Fantastik müqavilə

Ulduz futbolçunun “Əl-Nəsr”ə keçidi dekabrın 30-u axşam saatlarında rəsmiləşib. Fevralın 5-də 38 yaşını tamamlayacaq Kriştiano ilə 2,5 illik müqavilə imzalanıb. Klubun rəsmi məlumatında belə deyilib:

“Bu, tarix yazmaqdan daha böyük nailiyyətdi. Bu, yalnız klubumuzu daha böyük uğurlara imza atmağa yox, həm də liqamızı və gələcək nəsilləri özümüzün ən yaxşı versiyamız olmağa ruhlandıracaq bir transferdi. Kriştiano, yeni evin “Əl-Nəsr”ə xoş gəldin”.


Beynəlxalq KİV onun yeni klubunda ilə 200 milyon avro qazanacağını dekabrda xəbər vermişdi. “Əl-Nəsr”də “7” nömrəli forma ilə çıxış edəcək Kriştiano Asiyada varidatını əhəmiyyətli dərəcədə artıracaq. O, artıq futbol tarixinin ən çox qazanan oyunçusudu! Portuqaliyalı yeni klubunda il ərzində əldə edəcəyi 200 milyon avroluq qazancın 75 milyonunu futbolçu kimi, 125 milyonunu isə kommersiya hüquqları və Səudiyyə Ərəbistanının futbol səfiri qismində qazanacaq. Bir daha qeyd edək ki, indiyə qədər futbol tarixində heç bir oyunçunun şəxsi müqaviləsi əsasında bir ilə belə yüksək qazancı olmayıb. Maraq üçün Kilian Mbappenin PSJ-də ümumilikdə 128 milyon, Lionel Messinin isə 110 milyon avro irəli düşdüyünü bildirək.

“Marca” qəzetinin yazdığına görə, Səudiyyə Ərəbistanı klubu yeni oyunçusuna əməlli-başlı şərait yaradıb. Ronaldonun müqaviləsinə dəbdəbəli malikanədə yaşamaq, Portuqaliya və İspaniyaya uçuşlar üçün təyyarə ayrılması, həmçinin futbolçu ilə ailəsinin bütün ehtiyaclarına xüsusi diqqət yetirilməsi də daxildi. Bəzi mənbələr hətta Kriştianonun “Əl-Nəsr”də məşqçini dəyişmək hüququna malik olacağını da idda edir!..

Klubun prezidenti Musli Əl-Müəmmərin fantastik müqavilə ilə bağlı fikri belə olub:

“Çoxları üçün qeyri-adi görünən müqavilə futbolun çərçivələrinə uyğundu. Ronaldo ilə anlaşma qazanc planında klubumuz üçün kommersiya cəhətdən əlverişlidi”.


Mendeş danışıqlarda niyə iştirak etməyib?
Keçid rəsmiləşməzdən əvvəl diqqətdən yayınmayan məqamlar da olub. Ronaldo son ana qədər “Real”dan təklif alacağına ümid edirmiş. Bu iddia “Marca”ya məxsusdu. Populyar nəşrin məlumatına görə, futbolçu dekabrda formada qalmaq üçün madridlilərin bazasında məşq etdiyi günlərdə mümkün əməkdaşlıqla bağlı klub rəhbərliyindən zəng gözləyirmiş. Lakin sonradan yüksək səviyyəli Avropa klubuna qayıtmaq və çox istədiyi ÇL-də oynamaq şansının az olduğunu anlayıb.

Ən maraqlı məqam odu ki, agenti Jorje Mendeş Kriştianonun Səudiyyə Ərəbistanı klubuna transferi ilə bağlı danışıqlarda iştirak etməyib. “Marca”nın məlumatına görə, “Əl-Nəsr”in təklifi və müqavilənin şərtlərini qarşı tərəflə təcrübəli menecerin əvəzinə Ronaldonun etibarlı adam saydığı şəxsi meneceri və dostu Rikardo Requfe müzakirə edib. Daha əvvəl futbolçunun karyerasını harda davam etdirəcəyi ilə bağlı fikir ayrılıqlarının fonunda Kriştiano ilə uzun illər əməkdaşlıq etdiyi agenti arasında münasibətlərin pisləşdiyi məlum olmuşdu.

56 yaşlı Mendeş oyunçuya MY-də qalmağı tövsiyə edib. “The Athletic” qəzetinin xəbərində bildirilir ki, agent Kriştianoya komandanın baş məşqçisi Erik ten Haqın onun üçün müəyyənləşdirdiyi rolu qəbul etməyi və özünü meydanda göstərməyi məsləhət görüb. Deyilənə görə, futbolçunun şəxsi meneceri Requfe də Mendeş kimi düşünürmüş. Amma dostu sonda onun “Əl-Nəsr”ə transferi üçün danışıqlar aparmalı olub. Ronaldonun transferinin mümkünlüyü ilə bağlı azı bir Avropa klubunun rəhbərinə şəxsən müraciət etdiyi də bildirilir. Amma sonda istiqaməti Asiyaya çevirməli olub. Requfenin keçidi təşkil etdiyi üçün təxminən 30 milyon avro komissiya aldığı da qeyd edilir.

Asiya futbolunda da rekordlara köklənib
Nəhayət, səbəbkar yanvarın 3-də Səudiyyə Ərəbistanına gəlib. Yeni klubu sosial şəbəkə hesablarında Ronaldonun hava limanından ilk fotolarını paylaşıb. O, hava limanında gənc fanatları ilə şəkil çəkdirib. Fanatlar ona və sevgilisi Corcina Rodrigesə güllər veriblər.

“Əl-Nəsr” həmin gün Bakı vaxtı ilə saat 20.00-da yeni oyunçusunu ictimaiyyətə təqdim edib. Təqdimatda Kriştiano ilə komandanın baş məşqçisi Rudi Qarsiya çıxış edib. Ronaldo bir çox klubdan təklif aldığını, ancaq “Əl-Nəsr”i seçdiyini deyib. O, düzgün qərar verdiyinə əmin olduğunu da bildrib:

“Avropa klublarından təkliflər almışdım. ABŞ, Avstraliya, Braziliya, Portuqaliya klubları mənimlə müqavilə imzalamaq istəyirdilər. Amma mən “Əl-Nəsr”i seçdim. Mən bu gözəl ölkədə təkcə futbolun yox, həm də həyatın digər sahələrinin inkişafında iştirak etmək istəyirəm. Nə istədiyimi və nə istəmədiyimi bilirəm. Çoxları bilmir, amma bu klubun qadın komandası da var və mən onların da inkişaf etməsi üçün çalışacağam. Bu bir şansdı və burda məqsədim xeyirli işlər görməkdi. Bu, mənim üçün yeni çağırışdı. Adamların haqqımda nə dedikləri məni maraqlandırmır. Qərarımdan məmnunam”.


Ulduz futbolçu Avropadan sonra Asiya futbolunda da rekordlara köklənib:

“Avropada işim bitib. Hər şeyi qazandım, Avropanın ən böyük klublarında oynadım. İndi Asiyada yeni bir çağırış var. Sevinirəm ki, “Əl-Nəsr” mənə bu fürsəti təkcə futbolun inkişafı üçün deyil, həm yeni nəsil naminə, həm də qadınlar, gənc oğlanlar üçün verdi. Xoşbəxtəm və çox qürur duyuram. Mənim keçidim unikaldı? Bəli, çünki mən unikal oyunçuyam (gülür). Mən Avropanın bir çox rekordlarını yeniləmişəm və burda da bəzi rekordları qırmaq istəyirəm”.


Kriştianonun Səudiyyə Ərəbistanında futbolun səviyyəsi ilə bağlı fikirləri isə belə olub:

“Futbol son 10-15 ildə dəyişib. Bir çox ölkələr bu oyunu daha yaxşı oynamağa başlayıblar. Unutmayın ki, Səudiyyə Ərəbistanı dünya çempionatında Argentinanı məğlub edən yeganə komandadı. Səudiyyə Ərəbistanı çempionatının oyunlarına baxmışam və deyə bilərəm ki, çoxları bu liqada rəqabətin nə dərəcədə yüksək olduğunu bilmir. Bu liqanın böyük potensialı var. Burda böyük oyunçular çıxış edirlər. Bu, çox, çox, çox güclü və çox rəqabətli çempionatdı. Buna görə də burdayam”.


“Əl-Nəsr”də nə vaxt debüt edəcək?
Ronaldo cəza səbəbindən yeni klubunun qarşıdakı oyunlarında iştirak edə bilməyəcək. “Daily Mail”in məlumatına görə, buna səbəb İngiltərə Futbol Assosiasiyasının noyabrda portuqaliyalı hücumçunu apreldə baş verən insidentə görə cəzalandırmasıdı. Xatırladaq ki, o, ötən mövsüm premyer-liqanın 32-ci turunda “Everton”a 0:1 hesabı ilə uduzduqları matçdan sonra paltardəyişmə otağına gedən zaman azarkeşlərdən birinin telefonunu sındırdığı üçün 2 oyunluq cəza almışdı. Kriştianonun cəzasını çəkməyə vaxtı olmayıb, çünki onun barəsində qərar MY ilə müqaviləyə xitam verildikdən bir gün sonra çıxarılıb. FİFA-nın qaydalarına əsasən, əvvəlki liqalarda cəza müddətinin sonuna kimi oynamayan futbolçular yeni çempionatda ilk oyunu və ya oyunları buraxmağa məcburdular. Beləliklə, Kriştiano yanvarın 21-dək “Əl-Nəsr”də debüt edə bilməyəcək.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-11-2022, 15:0

Ronaldo Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındı

Dünya futbolu

30-12-2022, 12:0

Əl-Müəmmər: “Yazılanların, demək olar ki, hamısı yalandı”

Dünya futbolu

4-01-2023, 17:0

"Məqsədim Ronaldonu xoşbəxt etməkdi" - "Əl Nəsr"in baş məşqçisi

Dünya futbolu

24-12-2022, 23:0

Ronaldo ərəblərlə 8 illik müqavilə bağlayacaq?

Dünya futbolu

22-12-2022, 22:0

Ronaldo indi də gözünü DÇ-2026-ya dikib!

Dünya futbolu

13-12-2022, 09:0

"Santuş Ronaldoya xəyanət etdi" - Tanınmış nəşr

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 204
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 193
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə