Artıq Kriştiano Ronaldonun “Əl-Nəsr”ə keçidi zaman məsələsidi.
Football-pluys.az xəbər verir ki, Portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalamağa çox yaxındı.
Beynəlxalq KİV-də yayılan xəbərlərdə artıq ulduz futbolçunun yeni klubunda tibbi müayinədən keçəcəyi tarixin müəyyənləşdiyi bildirilib. 37 yaşlı Kriştiano və onun nümayəndələri üçün yaşayış yeri də ayrılıb.
“Əl-Nəsr” rəhbərliyi qış “transfer pəncərəsi”nin açılması ilə bütün rəsmi işləri reallaşdıracağına ümid edir. Yayılan xəbərlərdə müqavilənin ümumi şərtlərinin artıq razılaşdırıldığı bildirilir. İndi son qərar futbolçuya məxsusdu: Ronaldo bundan sonrakı karyerası ilə bağlı özü qərar verməlidi. Son məlumata görə, hücumçunun klubla müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub və onun gəliri ildə 200 milyon avro təşkil edəcək. Xatırladaq ki, futbolçu noyabrda “Mançester Yunayted”lə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildikdən sonra azad agent statusunu daşıyır.
Yeri gəlmişkən, “Əl-Nəsr”in prezidenti Musli Əl-Müəmmər gözlənilən transferlə bağlı sualı cavablayıb. Maraqlıdı ki, o, “Marca” qəzetinin Ronaldonun “Əl-Nəsr”dən ildə təxminən 200 milyon avro alacağı və futbolçu karyerasını başa vurandan sonra klubun səfiri olacağı ilə bağlı yaydığı xəbərin doğru olmadığını deyib: