İngiltərə millisi üçün nəzərdə tutulan mükafatla bağlı məlumat yayılıb.
Football-plus.az xəbər verir ki, komanda DÇ-2022-nin qalibi olacağı halda hər futbolçu təxminən 400-450 min funt sterlinq mükafat alacaq.
Bu xəbəri “The Telegraph” yayıb. Qəzetin məlumatında milli futbolçuların mundialda hər növbəti mərhələyə görə bonuslar almaq hüququna malik olduqları da bildirilib. 1/8 finalda Seneqala qalib gələn (3:0) Qaret Sautqeytin komandası növbəti mərhələdə Fransa ilə qarşılaşacaq.