“Sabah” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində KuPS-un qonağı olacaq. Masazırda keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanan “bayquşlar” Finlandiya təmsilçisinin meydanından azı “sülh”lə ayrılacağı təqdirdə növbəti mərhələyə adlayacaq. Onlar bunu bacarsa, tarixində ilk dəfə Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq.
Artıq bu qarşılaşma ilə bağlı əmsallar da açıqlanıb. “Football-plus.az” “Misli”yə istinadla bukmeker kontorlarının təyin etdiyi əmsalları təqdim edir.
KuPS-un qələbəsi – 2,83
Heç-heçə – 3,27
“Sabah”ın qələbəsi – 2,24
Göründüyü kimi, hazırda “bayquşlar” cüzi fərqlə favoritdi. Ümid edək ki, çempion yaşıl meydanda da bu baxımdan özünü doğrulda biləcək.
KƏNAN BAHADIR