Azərbaycan dünya çempionatında ilk medalını qazandı

28.07.2026 18:53 9
İdman
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal görüşünə çıxıb.

"Football-plus.az" xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı gürcüstanlı Giorgi Çxikvadzeyə 7:1 hesabı ilə qalib gəlib.

Beləliklə, Salmanov Azərbaycana mundialdakı ilk medalı qazandırıb.

Yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.