“Mançester Yunayted”in növbəti mövsüm üçün transfer büdcəsi müəyyənləşib.
Rəhbərlik yeni baş məşqçisi Erik ten Haqa transferlər üçün 120 milyon funt sterlinq ayıracaq. Bu barədə “The Times” məlumat yayıb. Qəzetin yazdığına görə, bəzi faydasız oyunçular satılacağı halda transfer büdcəsi arta bilər.
Xatırladaq ki, hazırda “Ayaks”ı çalışdıran Ten Haq İngiltərə klubunda fəaliyyətə bu mövsüm başa çatandan sonra başlayacaq.