KuPS – “Sabah” oyununun protokoluna nəzər salarkən Aaron Maludanın adını ehtiyat oyunçular siyahısında da görmədik.
Halbuki ilk oyunda məhz belə olmuşdu. Fransalı vinger son günlər “Sabah”ın məşqlərinə də çıxmadığından yol üstündə olduğunu zənn etmək çətin deyildi. Məsələ ilə yaxından maraqlandıqda aydın oldu ki, “Sabah” artıq Maluda ilə vidalaşıb. Bəli, “bayquşlar” bir il əvvəl 250 min avroya aldığı futbolçunu “Bazel”ə 3 milyon avroya satıb.
Azərbaycanın istənilən klubunun oyunçu transferindən pul qazanması xoş tendensiyadı. Sadəcə, bu satışı “Sabah”ın avrokubokların liqa mərhələsinə vəsiqə qazanıb-qazanmadığı bilinəndən sonra dəyərləndirmək daha yaxşı olar.
ORXAN
“Sabah” Maludanı 3 milyon avroya satdı!
Aktual / Ölkə futbolu






