İngiltərə Futbol Assosiasiyası (İFA) ölkə yığması dünya çempionu olacağı halda baş məşqçiyə çatacaq mükafatın məbləğini müəyyənləşdirib.
Football-plus.az xəbər verir ki, Qaret Sautqeyt komandanı Qətərdə keçiriləcək mundialda qələbəyə daşıyacağı təqdirdə 4 milyon funt sterlinq irəli düşəcək.
Bu məlumatı “The Sun” qəzeti yayıb.
Populyar nəşr Sautqeytin artıq DÇ-2022-yə vəsiqə qazanıldığı üçün İFA-dan təxminən 500 min funt sterlinq aldığını da xəbər verib.