İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması

28.07.2026 10:00 23
Dünya futbolu
Həm ''Fənərbaxça'', həm də ''Qalatasaray''ın hədəfində olan Rafael Leaonun gələcək taleyi hələ də qeyri-müəyyəndi.

Bir çox mənbələr iddia edir ki, ''Milan'' və Portuqaliya yığmasının ulduzu ''Fənər''ə keçməyə yaxındı. Bu arada ünlü futbolçu ''Daznportugal'' adlı ''instaqram'' səhifəsinin son paylaşımına şərh yazıb. O ''Rafael Leao Türkiyəyə imza atmağa yaxındı'' paylaşımına ''mövsümöncəsi hazırlıqlara başlamaq üzrəyəm'' şərhini yazıb.

''Milan''la 2028-ə qədər müqaviləsi olan 27 yaşlı vingerin transfer dəyəri təxminən 50 milyon avro civarındadı. ''Rossonyerlər'' də onu bu məbləğdən aşağı qiymətə buraxmaq niyyətində deyil. Geridə qoyduğumuz mövsümdə 31 oyunda aktivinə 10 qol, 3 məhsuldar ötürmə yazan Leao son durumu ilə bağlı Portuqaliya mətbuatına bunları deyib:

''Milan'' rəhbərliyi ilə karyeramda yeni bir səhifə açmağın mümkünlüyünü müzakirə etmişdim. Bunun baş verib-verməyəcəyini bilmirəm. İyulun 29-da Milanda olmalıyam. Orda olduğum müddətdə mənə hər şey bəxş edən bu forma üçün hər zaman əlimdən gələni edəcəm. ''Milan'' mənə həqiqətən hər baxımdan yardım edib. Amma həyatda başqa şeylər üçün də hədəflərimiz var. Fürsət düşsə, variantlardan birini dəyərləndirəcəm. Amma hazırda ''Milan''ın oyunçusuyam''.