“Sabah”ın matçını bu kanal göstərəcək

28.07.2026 10:52 40
Avrokuboklar / Aktual
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah” sabah Finlandiyanın KuPS komandası ilə cavab görüşünə çıxacaq. İlk görüşdə 1:0 hesabıyla qalib gələn “bayquşlar” qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsində səfərə yollanıb. “Kuopion Keskuskentta” stadionunda keçiriləcək matçda uğurlu nəticə halında Masazır təmsilçisi avrokubokların əsas mərhələsinə vəsiqəni rəsmiləşdirəcək. Bəs matçı hansı kanal yayınlayacaq?

“Football-plus.az”ın sualına “bayquşlar”ın mətbuat katibi Elnur Həmidov cavab verdi:

“Bununla bağlı heç bir problem yoxdu. “İctimai” TV-də canlı yayınlanacaq”.

Xatırladaq ki, oyun Bakı vaxtı ilə 19.00-da start götürəcək.

İSRAYIL XEYRULLAYEV