Millimiz Portuqaliya ilə üz-üzə gələcək

28.07.2026 11:54 3
İdman
Bu gün 18 yaşadək oğlanlardan ibarət basketbol millimiz Xorvatiyanın Rijeka şəhərində keçirilən FIBA U-18 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamız B qrupunun dördüncü turunda Portuqaliya millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 12.30-da başlayacaq.

Yığmamız qrup mərhələsində əvvəlcə Polşa yığmasına məğlub olub, daha sonra Ukrayna seçməsini məğlub edib, ardınca isə İslandiya yığmasına uduzub.