"Qəbələ" portuqaliyalı vinger aldı

28.07.2026 18:22 11
Ölkə futbolu
“Qəbələ” yeni futbolçu ilə anlaşıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı vinger Bruno Silva ilə "1+1" illik müqavilə bağlanıb. 28 yaşlı futbolçu son olaraq vətənində “Oliveyrense” klubunda çıxış edib. O, daha əvvəl “Vilaverdense” (Portuqaliya) və “Jenis” (Qazaxıstan) kimi klubların da şərəfini qoruyub.