“Liverpul”un Məhəmməd Salahla müqaviləni yenilədiyini xəbər vermişdik.
İngiltərə klubu misirli hücumçu ilə müqavilənin müddətini 2025-ci ilin yayına qədər uzadıb. Qeyd edək ki, 30 yaşlı futbolçu 2017-ci ildən formasını daşıdığı “Liverpul”un yeni rekordçusuna çevrilib. Belə ki, onun həftəlik maaşı 350 min funt sterlinqdən çox olacaq. “The Telegraph” qəzeti Salahın bu göstəriciyə əsasən klub tarixinin ən ödənişli futbolçusu olduğunu xəbər verib. Yeni müqavilədə Məhəmmədin mövsüm üzrə qol və məhsuldar ötürmə sayına görə əlavə bonuslar qazanacağı ilə bağlı bənd də nəzərdə tutulub.