Fabio Koentrao son günlər adı yalnız arzuolunmaz xəbərlərdə hallanan Kriştiano Ronaldonun müdafiəsinə qalxıb.
Portuqaliya yığmasının sabiq müdafiəçisi artıq “Mançester Yunayted”dən ayrılan hücumçu ilə bağlı belə fikirlər səsləndirib:
“Bir çox futbolçular Ronaldo haqqında tənqidi fikirlər səsləndiriblər. Halbuki özləri onun ayaqqabısının altı belə ola bilməyiblər. Ronaldo dünya çemionatında çoxlarının ağzını yumacaq. Onun nəyə qadir olduğunu yaxşı bilirəm”.