Ronaldo ten Haqın işindən narazıdı

19.08.2022 14:13 540
Dünya futbolu
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Erik ten Haqın işindən narazıdı.

"Footballl-plus.az" xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Bununla belə, 37 yaşlı portuqaliyalı "Mançester Yunayted"də qalmağa hazırdı. Çünki indi onun başqa variantları azdı.

Ronaldonun "Mançester Yunayted"lə müqaviləsini pozmaq fikri yoxdu. Onun üçün prioritet Qətərdə keçiriləcək dünya çempionatına hazır olmaqdı.