• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Təbii qazon baha, amma zərərsizdi! - ARAŞDIRMA

Premyer-liqa / Manşet

13-11-2022, 18:0

“Turan Tovuz” - “Qarabağ” oyunundan sonra qonaqların çalışdırıcısı Qurban Qurbanov maraqlı açıqlama ilə diqqəti çəkdi.

Təcrübəli mütəxəssis növbəti dəfə süni ot örtüyü olan stadionlarla bağlı narazılığını dilə gətirdi:

“Yeni meydan olsa da, süni örtük ağırdı. Mən süni örtüyün tərəfdarı deyiləm. Veşoviç də ilk hissədə ağrılar hiss etdi. Bunlar futbolçunu çox geri salır. “Turan Tovuz”un da 7 futbolçusu zədəlidi. Onlar burda məşq edirlər. Buna bir çıxış yolu tapmaq lazımdı. Belə meydandakı oyundan 5-6 gün keçdikdən sonra futbolçular özlərinə gəlir. Əlavə yüklənirlər və mikrozədələr çox olur. Bütün meydançalarımızın təbii örtüklü olmasını istəyirəm”.


Sonuncu cümlə artıq təklif yox, birbaşa tələb idi. Yəqin Azərbaycanda bütün meydanların təbii örtüklü olması futbolumuzun qeyri-adi inkişafına səbəb olmayacaq. Amma bu sözü ölkə futbolunun ən böyük peşəkarı deyirsə, heç şübhəsiz, bildiyi həqiqət var. Gəlin, əvvəlcə bunu dəqiqləşdirək ki, premyer-liqanın neçə klubunun meydanı təbii, neçəsi süni ot örtüklüdü?



Təbii ot örtüklü stadionlar
“Azərsun Arena” (Qarabağ)
Tofiq Bəhramov adına Respublika stadionu (Qarabağ)
“Bank Respublika Arena” (Sabah)
“Bakcell Arena” (Neftçi)
Zirə Olimpiya İdman Kompleksi (Zirə)
Qəbələ şəhər stadionu (Qəbələ)
“Kapital Bank Arena” (Sumqayıt)
Gəncə şəhər stadionu (Kəpəz)

Təbii qazon baha, amma zərərsizdi!


Süni ot örtüklü stadionlar
Şamaxı şəhər stadionu (Şamaxı)
Tovuz şəhər stadionu (Turan Tovuz)
“ASCO Arena” (Səbail)

Beləliklə, “təbii”nin “süni” üzərində 7:3 hesablı üstünlüyü var. Deməli, klublar təbii ot örtüklü meydanlara üstünlük verirlər. Bəs onlara baxmağın hansı çətinlikləri var? Ümumiyyətlə, hər iki növdə qazona qulluq üçün nə qədər xərc çəkilir? Bununla bağlı kiçik araşdırma apardıq. Əvvəlcədən xəbərdarlıq edək ki, burdakı qiymətləri müxtəlif mənbələrdən əldə etmişik. Bu səbəbdən ortalama qiymətləri qeyd edir, ortaya çıxan nəticəni sizinlə bölüşürük.

Süni ot örtüyünə baxmaq asandı

Bu tip qazonların sulanması və daranması lazımdı. Bunun üçün xüsusi ləvazimatlara ehtitac var. Məsələn, stadionun özünəməxsun darama aparatı varsa, xərc az olur. Amma yoxdusa, dəyər artır. Darama aparatı olan arenanın ildə 20 min manata yaxın xərci çıxır. Bu məbləğə otun sualması, aparatın elektrik sərfiyyatı, quma verilən pul daxildi. Darama aparatı olmayan stadionlar üçün isə xərc iki dəfədən artıqdı. Ümumilikdə klubun il ərzində arenanın baxımına 40 min manatdan çox xərci çıxır. Aparatdan istifadəsi üçün aylıq 2-3 min arası ödəniş edilir.
Süni ot örtüyü bir çox müsbət xüsusiyyətlərə malikdi və böyük populyarlıq qazanmasını məhz bunlara borcludu. Təbii ot örtüyü bir neçə dəfə tapdalanandan sonra yüklənməyə tab gətirə bilmir və görünüşünü itirməyə başlayır. Süni örtükdə isə bu proses gec baş verir. Süni qazona 5 ildən 15 ilə qədər istifadə zəmanəti verirlir. Bu da klubu belə əlavə xərcdən qurtarmış olur. Yenicə örtüyü dəyişmiş “ASCO Arena” 2010-cu ildə istifadəyə verilmişdi. 12 il ərzində burda çıxış edən klublar əlavə xərcdən canını qurtara bilmişdi.

Bahalı və zərərsiz təbii ot örtüyü

Yarımbaşlıqdan da bildiz ki, təbii qazona baxmaq olduqca bahalı əyləncədi. Ən pis halda ot örtüyü ildə 2 dəfə restavrasiya olunur. Belə stadionlar üçün də darama aparatı lazımdı. Bundan əlavə, təbii ot örtüyünün yaxşı vəziyyətdə qalması üçün müxtəlif növ gübrələrdən, toxumlardan və xüsusi istilik sistemindən istifadə olunur. Özünün ləvazimatı olan arenaların baxımı üçün klublar illik 70-80 min manata yaxın maliyyə sərf edir. Aparatı olmayan stadionlarda isə xərc daha da artır və 90-95 min arasında dəyişir.

Təbii ot örtüklü stadion inşa edilən zaman mühəndislər diqqətli olmalıdı. Arena tikilən zaman ərazidə qurunt suları olarsa, sonradan ota mikrob düşür, yay aylarında saralma olur, qışda palçıqlaşma baş verir. Buna örnək kimi Tofiq Bəhramov adına Respublika stadionunu göstərmək olar. “Qarabağ” həmişə avrokubokların təsnifat mərhələlərində ot örtüyünün durumuna görə əziyyət çəkir. Həmişə də bəhanə eyni olur: örtüyün altına qrunt suları yığıldığından ot sıradan çıxıb!

Gördüyünüz kimi, süni örtüklü qazona sahib olmaq daha sərfəlidi. Azərbaycan premyer-liqasında və 1-ci divizionunda çıxış edən bir çox klub məhz bu
səbəbdən belə seçim edir. Təbii ki, ancaq AFFA-dan maliyyələşən, sponsoru olmayan klublardan “təbii”yə keçməyi tələb etmək yanlış addımdı. Bizə elə gəlir ki, bu məsələ bütün klublar qarşısında prinsipial şəkildə qoyulmalıdı. Federasiya və klublar ölkə futbolunun inkişafını ürəkdən istəyirsə, oyunçuların zədələnməsinin qarşısını almağı düşünürsə, kisənin ağzını açmalıdı...

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

9-11-2022, 17:0

"Buna bir çıxış yolu tapmaq lazımdı" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

5-08-2022, 17:0

“ASCO Arena”nın süni örtüyü yenisi ilə əvəzlənib

Ölkə futbolu / Manşet / Günün xəbəri

7-06-2022, 13:0

“Turan Tovuz” yay hazırlığı üçün bu ölkəni düşünür – ÖZƏL

Ölkə futbolu / Manşet

10-04-2022, 14:0

Tovuz stadionunun qazonu dəyişdiriləcək - ÖZƏL

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Dünən, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Dünən, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Dünən, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Dünən, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Dünən, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
Daha çox
Oxunub: 283
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə