Aprelin 30-da futbol üzrə ölkə çempionatında yeni qalib müəyyənləşdi.
Bildiyiniz kimi, “Sabah” sona 4 tur qalmış tarixindəki ilk çempionluğu təmin etdi.
Bu gün isə kişi basketbolçular arasında ölkə çempionatında mövsümə yekun vuruldu. “Sabah” “Abşeron Layons”la final seriyasının 3-cü oyununda da qalib gəlməklə rəqibdən aşkar üstün olduğunu göstərdi. Xatırladaq ki, bu komandalar arasında keçirilən ilk iki oyunda da “bayquşlar” üstün olmuşdu – 98:93, 112:84.
Sabah – Abşeron Layons 108:95 (25:21, 30:35, 29:26, 24:13)
Yeri gəlmişkən, bu, “Sabah”ın kişi basketbol komandasının ardıcıl 4-cü çempionluğudu. Və bu komandaya da litvalı mütəxəssis – Rimas Kurtinaytis rəhbərlik edir. Daha bir maraqlı məqam odu ki, bugünkü oyunu izləyənlər arasında Valdas Dambrauskas da olub.