• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Buna bir çıxış yolu tapmaq lazımdı" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

9-11-2022, 17:0

Misli premyer-liqasında 3-cü turdan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” (0:2) matçından sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

"Footbal-plus.az" xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Bütün tovuzlulara yaratdıqları ab-havaya görə təşəkkür edirəm. 25-26 il əvvələ getdim. Burada çox xoş xatirələrim var idi. Uzun illərdi, görmədiyim insanları gördüm. Mənim üçün çox xoş oldu. Hər birinə təşəkkür edirəm. Tovuzdan həmişə razı qalmışam. Bu komandaya uğurlar arzulayıram. Bu azarkeşlər yaxşı nəticələrə layiqdirlər. Oyuna gəldikdə, çox vacib 3 xal qazandıq. Yorğun səfər idi. 3 gündən bir oyunlarımız olur. Buna baxmayaraq, futbolçular qalib gəlməyi bacardı. Təəssüf ki, yorğunluğun üzərinə daha da yorğunluq gəldi. Ələlxüsus da süni örtükdə. Azarkeşlərimizə təşəkkür edirəm. Ayxan Abbasov və komandasına uğurlar arzulayıram.

- Şahruddinin durumu nə dərəcədə ağırdı?

- Ağrıları var. Çox da rahat hərəkət edə bilmir. Bir az halsızlaşmışdı. İndi özünə gəldi. Bakıya qayıtdıqdan sonra dəqiq diaqnoz qoyulacaq. Yeni meydan olsa da, süni örtük ağırdı. Mən süni örtükün tərəfdarı deyiləm. Veşoviç də ilk hissədə ağrılar hiss etdi. Bunlar futbolçunu çox geri salır. “Turan Tovuz”un da 7 futbolçusu zədəlidi. Onlar burada məşq edirlər. Buna bir çıxış yolu tapmaq lazımdı. Belə meydandakı oyundan 5-6 gün keçdikdən sonra futbolçular özlərinə gəlir. Əlavə yüklənirlər və mikro-zədələr çox olur. Bütün meydançalarımızın təbii örtüklü olmasını istəyirəm.

- Komandanıza dəstəyi görəndə “bu azarkeşləri necə üzmək olar” deyə fikirləşdiz?

- Bura gəlməyimiz onların sevinci idi. İnanın ki, duyğulandım. Çox maraqlı və xoş mənzərə idi. Bir daha ürəkdən onlara təşəkkür edir və uğurlar arzulayıram.

- Komandanın oyun keyfiyyətindən narazılığınız yoxdur?

- Bu matçda var. Futbolçular meydançaya uğyunlaşınca xeyli vaxt keçir. Top itkiləri var idi. Bu da əlavə güc sərf etməyə səbəb olur. Yorğunluq və meydança amilinə görə normaldı. Buna görə də çox narahatlığım yoxdu.

- Qarşıda “Sabah”a qarşı ağır oyununuz olacaq...

- Çalışacağıq ki, komandanı müksimum bərpa edək. Güclü rəqibə qarşı gözəl oyun göstərmək istəyirik.

- Bu gün meydana əsas heyəti buraxmışdız.
“Sabah”la oyundan öncə rotasiyalar gözlənilirdi...


- Oyuna kimi vaxtımız var. Əvvəlki matçda rotasiyalar olmuşdu. “Sabah”la matçda dəyişikliklər ola bilər. Amma inanmıram ki, qlobal dəyişiklik olsun.

- Ukrayna səfiri bildirib ki, Kiyev “Dinamo”sunun Bakıda yoldaşlıq oyununu təşkil etmək istəyirlər. Təklif olsa, belə matça razılaşarsız?

- Belə komandalarla yoldaşlıq oyunları bizim üçün xoş olar. Amma bizim öz cədvəlimiz var. Uyğun olan vaxtda bunu edə bilərik. Futbolçularımızı nəzərə almalıyıq. Boş vaxtımız olsa, məmnuniyyətlə qəbul edərik. İşimizə mane olacaqsa, yaxınlarda gözlənilmir. Ümumiyyətlə, müzakirə etmək olar.

- Qışda heyəti gücləndirmək istiqamətində addımlar atacaqsız?

- Yorğunluqla bağlı sözlərim şikayət kimi olmasın. Reallıqları deyirəm. Bir neçə futbolçu cəlb etməyi çox istərdik. Heyətdə 22-23 futbolçu olsa da, bəzən əlimizdə 14-15-i qalmışdı. Daim uğur qazanmaq üçün heyətin geniş olması şərtdir.

- Ötən mövsümün bu hissəyə qədərki dövrü ilə bu mövsümün indiyə qədərki dönəmini necə müqayisə edə bilərsiz?

- Oyun sayı artıb. Bu, sevindirici haldı. Bölgələrə gəlmək futbolumuz üçün çox xoşdu. Keçən il avrokubokda yaxşı mövsüm keçirdik. Demək olar ki, o tempi qoruyub saxlaya bilmişik. Builki avrokubok oyunlarımız daha baxımlı oldu. Çox güclü rəqiblərlə qarşılaşdıq. Hər matç böyük ajiotaja səbəb oldu. Hər yerdə bizim oyunlarımızı izləmək üçün xeyli sayda azarkeş yığılırdı. Bu da rəqiblərin ciddiliyi ilə əlaqədardı. Bu, Azərbaycan futbolunun inkişafı üçün böyük təkandı. Azarkeşlərə futbolu sevdirmək lazımdı. Çempionatın səviyyəsinə gəldikdə, 13 qələbə qazansaq da, bizim üçün elə də asan olmadı. Bütün matçlarda futbolçular əziyyət çəkdi. İnkişaf görürəm. Yerli futbolçularımızın sayı çoxalıb. Ustalıq səviyyəsi çox olmaya bilər, amma təcrübə artdıqca yaxşılaşacaq. Bütün klubların həm maddi, həm struktur cəhətdən daha yaxşı olmasını arzu edirəm. Mən pozitivəm.

- Azarkeşlər qapıçı transferinin olub-olmayacağı ilə maraqlanır...

- Hər xəttə oyunçu axtarırıq. Hər şey idealdı deyə bir düşüncəmiz yoxdu. Həmişə əlimizdə olanları daha yaxşı səviyyəyə çatdırmağa çalışmışam. Mənim üçün ürəyini meydanda qoyan, kluba sadiq insanlar çox önəmlidi. Rəqabəti daha da aktivləşdirmək istəyirik. Necə ki, digər xətlər, qapı mövqeyinə də oyunçu axtarırıq. Əlimizdə olanlara güvənirik.

- Ardıcıl 13 qələbə ilə Azərbaycan çempionatları tarixində rekorda imza atdız. Bu barədə məlumatınız var idi?

- Bəli. Saytlarda oxuyuram. Buna bir o qədər də önəm vermirəm. Bilirəm ki, hər oyun qalib gəlmək lazımdı. Futbolçuları tam aktiv oyuna hazırlamağa çalışırıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Dayanmalı deyilik. Keçmiş statistikaya yönəlməməli, qarşıdakı matçlara istiqamətlənməliyik.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

13-08-2022, 21:0

"Hakimlərimiz VAR-a yeni öyrəşir" - Qurban Qurbanov

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Premyer-liqa

27-08-2022, 23:0

"Gələcəyə ümidlə baxa bilərik" - Vüqar Əsgərli

Premyer-liqa

3-09-2022, 18:0

"Şamaxı" evdə keçirdiyi hər iki oyunda əzmkar oyun göstərmişdi" - Ayxan Abbasov

Aktual
86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
“Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
Kubokun finallarında azarkeş sayı 300 minə çatacaq! – stadionun tribunaları tam dolsa...
Çuameni Valverdeni niyə döydü? - davanın təfərrüatı
“Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
“Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
Son xəbərlər
  • Dünən, 23:51
    'Risk etmək istəmədik, çünki zədəlilər ola bilərdi" - Valdas Dambrauskas
  • Dünən, 23:20
    "Bu gün bir az bəxtimiz gətirdi" - Azər Bağırov
  • Dünən, 22:45
    “Həmin iddialar əsassızdı və faktlara uyğun deyil” – “Araz Saatlı”nın pulsuz qalmasına izahat
  • Dünən, 22:06
    Türkiyəli ulduz üçüncü dəfə dizindən əməliyyat olunacaq
  • Dünən, 21:35
    "Rəşad Sadıqovdan üzr istəyirəm" - Jorj Kaşkilya
  • Dünən, 21:25
    "Zirə" Qubada büdrədi, "Sabah" "Kəpəz"ə uduzdu - YENİLƏNİB
  • Dünən, 20:51
    "May ayında palçıqda futbol oynayırıq" - Rəşad Sadıqov
  • Dünən, 20:20
    Millimiz Rumıniyaya böyük hesabla uduzdu
  • Dünən, 19:56
    Arda Turanlı ''Şaxtyor''un avrokubok macərası yarımfinalda başa çatdı
  • Dünən, 19:25
    Tanınmış məşqçi xanım taksi sürücüyə pul əvəzinə seks təklif etdi!
  • Dünən, 18:54
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 18:48
    39 yaşında klubunu dəyişdi
  • Dünən, 18:09
    DÇ-2026 üçün maraqlı vakansiya
  • Dünən, 17:55
    Riad Rəfiyev sınaq müddəti
  • Dünən, 17:38
    Mourinyo “Real”a hansı şərtlər irəli sürüb?
  • Dünən, 17:03
    86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
  • Dünən, 16:43
    Kubok gözəlləməsi: açıq məşq də olacaq, mətbuat konfransı da!
  • Dünən, 16:31
    "İmişli" - "Zirə" - START HEYƏTLƏRİ
  • Dünən, 16:08
    Luis Enrike futbolçularını ad gününə dəvət etdi, amma....
  • Dünən, 15:49
    “Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
  • Dünən, 15:23
    ÇL-də hamını arxada qoydu
  • Dünən, 14:46
    “Hall Siti”ni artıq türk klubuna çevirmişik” - Acunun növbəti hədəfi nədi?
  • Dünən, 14:11
    “İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
  • Dünən, 13:49
    Kubokun finallarında azarkeş sayı 300 minə çatacaq! – stadionun tribunaları tam dolsa...
  • Dünən, 13:14
    Çuameni Valverdeni niyə döydü? - davanın təfərrüatı
  • Dünən, 12:38
    “Trabzonspor” Azərbaycana gəlir?
  • Dünən, 11:54
    “Fənər”in sabiq məşqçisindən illər sonra gələn etiraflar
  • Dünən, 11:23
    Millimiz beynəlxalq turniri 45 medalla başa vurdu
  • Dünən, 10:52
    “Neftçi” 1/4 final oyununa çıxacaq - Dünya Seriyası
  • Dünən, 10:31
    Həsrət hamıdan irəlidədi
  • Dünən, 10:00
    Altı cüdoçumuz “Böyük Dəbilqə"də mübarizəyə qoşulur
  • Dünən, 01:09
    Arda Turan yarımfinalda dayandı...
  • 7-05-2026, 23:0
    "Neftçi" və "Araz-Naxçıvan" qalib gəldi
  • 7-05-2026, 22:0
    Yenə Antonelli!
  • 7-05-2026, 21:0
    “Fənərbaxça” “Jalgiris”i ikinci oyunda da məğlub etdi
Daha çox
Oxunub: 184
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 172
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 170
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 161
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 158
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 144
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə