“ASCO Arena”nın süni örtüyü yenisi ilə əvəzlənib

5.08.2022 17:35 506
Ölkə futbolu / Manşet
İyunun 8-də "Səbail"in ev oyunlarını keçirdiyi “ASCO Arena”da təmir işləri start götürmüşdü.

Belə ki, stadionun süni örtüyü sökülərək yenisi ilə əvəz olunacaqdı. Artıq çempionatın startı ərəfəsindəyik. "Səbail" mövsümün ilk oyununu səfərdə "Qarabağ"a qarşı keçirəcək. Lakin 2-ci turda komanda "Turan Tovuz"u qəbul edəcək. Maraqlıdı, "dənizçilər" ev oyunlarını “ASCO Arena”da keçirə biləcəkmi? Süni örtüyün yenilənməsi prosesi bitib?

Bu haqda məlumat almaq üçün "Səbail"in mətbuat katibi Sənəm Fərhadlı ilə əlaqə saxladıq:

"Örtüklə bağlı bütün işlər yekunlaşıb. Stadion premyer-liqanın 2-ci turunda evdə keçirəcəyimiz qarşılaşmaya hazırdı”.


ŞAİR ABDULLA