Misli premyer-liqasının 13-cü turunda "Qarabağ" "Kəpəz"i 3:1 hesabı ilə məğlub etdi.
"Football-plus.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda diktor funksiyasını yerinə yetirən Ramiz Qafarov oyuna gələn 539 azarkeşə təşəkkür etdi. Lakin tribunalara nəzər yetirdikdə ən azı 600 nəfərin görüşü canlı izlədiyini görmək mümkün idi. Daha bir qəribə məqam ondan ibarətdi ki, PFL-in rəsmi saytı oyununun protokolunda azarkeş sayını 500 göstərib.
Görəsən, stadionda həqiqətən neçə azarkeş olub? Rəqəm fərqinin səbəbi nədi? Suala cavab tapmaq üçün PFL-in media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik:
ŞAİR ABDULLA