Deyilənlərə inansaq, klubu onun yayda satmaq niyyətindədi. Bəs bundan sonra hansı qərarı verməlidi?
“Football-plus.az”ın sualına menecer Emil Şükürov cavab verdi:
“Elvinin digər klublara keçidi? Top-5 liqalar üçün gec olduğunu düşünürəm. Avropa ortabablarında isə ona yetərincə yüksək tələbat ola bilər. Digər tərəfdən də yerli bazarda rəqabətədavamlı oyunçudu. Klublarımız arasında güclü prinsipiallığın olduğunu düşünmürəm. “Qarabağ”la “Neftçi”ni bir-birinə bağlayan kifayət qədər güclü bağlar var. Qara Qarayevdən fərqli Elvin “Qarabağ”a sonradan transfer edilən oyunçudu. Qurban Qurbanov qərarını veribsə, hər iki tərəf də bununla razılaşıbsa, qalır transfer dəyərini müəyyənləşdirmək”.
MÜZƏFFƏR QULUZADƏ






