Firuz Abdulla: “Onlar AFFA-nın dəvəti ilə görüşdə iştirak edirdilər”

14.06.2022 17:27 613
Yığma
Yığmamız dünən Belarusu 2:0 hesabı ilə məğlub edib, Millətlər Liqasında ilk qələbəsini qazandı.

Görüş ərzində baş verən bir neçə maraqlı məqam var idi. Onlardan biri orkestrin müxtəlif mahnılar səsləndirərək azarkeşləri coşdurması idi. Görəsən, onları matça kim dəvət etmişdi? Digər maraqlı məqam isə azarkeş sayı ilə bağlıdı. Qarşılaşmadan öncə AFFA-dan “Futbol+”ə verilən məlumata görə, 4 mindən çox bilet satılıb. Lakin oyunun protokolunda izləyici sayı 2330 göstərilmişdi. Görəsən, bu uyğunsuzluğun səbəbi nədi?

Suallarımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq:

“Orkestr bizim təşəbbüsümüz idi. Onlar AFFA-nın dəvəti ilə görüşdə iştirak edirdilər. Bilet satışı ilə bağlı mən statistikanı deyirəm. Stadiona neçə nəfərin gəldiyini, təəssüf ki, tənzimləyə bilmirəm”.


İLKİN SULTANLI